Modern.az

İsveçrə ilə əməkdaşlığa çox əhəmiyyət veririk - Nazir müavini 

İsveçrə ilə əməkdaşlığa çox əhəmiyyət veririk - Nazir müavini 

Aktual

5 Sentyabr 2023, 19:41

Azərbaycan İsveçrə ilə əməkdaşlığa çox əhəmiyyət verir.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İsveçrənin Milli Günü ilə bağlı tədbirdə bildirib. 

 

“Bunun üçün müxtəlif sahələrdə müttəfiqlik edilir. Biz ötən il iki ölkə arasında münasibətlərin 30 illiyini qeyd etmişik. Bu münasibətlə iki ölkə arasında qarşılıqlı məktublaşma aparılıb. İsveçrə ötən il Azərbaycan və Ermənistan arasında normallaşma prosesi çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüşə ev sahibliyi edib. Bunu yüksək qiymətləndiririk. 

 

Eyni zamanda İsveçrə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş şirkətlərində fəaliyyət göstərir. Həmçinin SOCAR şirkəti İsveçrədə fəaliyyət göstərir. Bundan başqa ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq aparılır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı