Modern.az

Yol vergisinin hesablanmasında dəyişiklik

Yol vergisinin hesablanmasında dəyişiklik

Aktual

5 Sentyabr 2023, 20:35

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

 

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:

 

- avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;

 

- oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

 

- avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;

 

- avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

 

- Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı