Modern.az

Hakim olmaq istəyən 33 nəfər birbaşa yekun müsahibəyə buraxılıb

Hakim olmaq istəyən 33 nəfər birbaşa yekun müsahibəyə buraxılıb

Aktual

6 Sentyabr 2023, 10:24

"33 nəfər hakimliyə namizəd yeni qaydalarla birbaşa yekun müsahibəyə buraxılıb".

 

Bu barədə Modern.az-a Məhkəmə Hüquq Şurasından (MHŞ) məlumat verilib.

 

Bildirilib ki, hakimliyə namizədlərin imtahan mərhələlərinin sayı 6-dan 4-ə endirilib: "İlkin tədris kursunu başa vurmuş 33 nəfər hakimliyə namizəd yeni qaydalara əsasən birbaşa yekun müsahibəyə buraxılıb. 2023-cü il 11 sentyabr tarixdən başlayaraq yekun müsahibə mərhələli qaydada keçiriləcək.

 

Qeyd edilib ki, yekun müsahibədə namizədlərin tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onun hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı, ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi yoxlanılacaq.

 

“Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə //e-qanun.az/framework/17144 keçidi vasitəsilə tanış olmaq mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı