Modern.az

Daha 10 nəqliyyat vasitəsi özəlləşdirildi

Daha 10 nəqliyyat vasitəsi özəlləşdirildi

Aktual

6 Sentyabr 2023, 11:58

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Modern.az-ın Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub.

 

Belə ki, “Traktor MTZ-82” markalı texnika 1 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 5 000 manata satılıb.

 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki //clck.ru/35bQhv vasitəsilə tanış olmaq mümkündür.

 

Qeyd edək ki, sentyabrın 11-də, 12-də, 14-də, 19-da və 26-da keçiriləcək hərraclara 109 əmlak çıxarılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı