Modern.az

“WhatsApp”da çoxdan gözlənilən yenilik

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Aktual

6 Sentyabr 2023, 13:08

"WhatsApp" tərtibatçıları "Android"də interfeysin kütləvi şəkildə yenidən dizaynına hazırlaşır.

 

Modern.az-ın məlumatına görə, "WhatsApp"da yeni interfeys 2.23.13.16 beta versiyasında aşkarlanıb.

 

Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl "WhatsApp" yazısı görünəcək.

 

Messencerin yeni versiyasında "Söhbətlər", "Status" və "Zənglər" tabları aşağı naviqasiya panelinə köçürülüb və oraya "İcmalar" bölməsi əlavə edilib.

 

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!