Modern.az

Azərbaycan səfiri Kiyev meri ilə danışıqlar apardı

Azərbaycan səfiri Kiyev meri ilə danışıqlar apardı

Aktual

6 Sentyabr 2023, 15:30

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Kiyevin meri Vitali Kliçko ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib.

 

"Bu gün Kiyevin meri Vitali Kliçko ilə görüşməyə şad oldum. Azərbaycan və Kiyev arasında əməkdaşlığın, eləcə də qardaş şəhərlər Bakı və Kiyev arasında tərəfdaşlığın gücləndirilməsi üzrə məhsuldar fikir mübadiləsi apardıq. Mənə göstərilən səmimi qonaqpərvərliyə görə mer Kliçkoya minnətdaram", - diplomat qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!