Bu il üçün məktəblərdə hər 11 şagirdə 1 kompüter düşür.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, bu rəqəm 2020-ci ildə 36 şagirdə 1 kompüterin düşməsi demək idi.
Emin Əmrullayev vurğulayıb ki, növbəti 5 ildə 6 şagirdə 1 kompüterin düşməsi hədəflənir.