Modern.az

Ermənistan-ABŞ hərbi təlimləri barədə yeni açıqlama

Ermənistan-ABŞ hərbi təlimləri barədə yeni açıqlama

Aktual

6 Sentyabr 2023, 17:42

Sentyabrın 11-dən 20-dək Ermənistan-ABŞ birgə hərbi təlimində 85 amerikalı və 175 erməni hərbçi iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Amerika hərbçilərinin tərkibində Ermənistanla 20 ildir əməkdaşlıq edən Kanzas Milli Qvardiyasının nümayəndələri də olacaq. Təlim zamanı ABŞ ordusu atıcı silahlardan istifadə edəcək və ağır hərbi texnikadan istifadə etməyəcək.

Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi məlumat vermişdi ki, Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə sentyabrın 11-dən 20-dək sülhməramlı briqadanın Zar təlim mərkəzində birgə hərbi təlimlər keçiriləcək.

Təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatları əhatə edir.

Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılması, o cümlədən Ermənistan bölməsinin döyüş hazırlığının artırılmasıdır.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı