İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş 3-cü dəfə araşdırılacaq.
Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samir Zeynalov məlumat yayıb.
O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinin icraatına xitam verilməsi ilə bağlı Sabirabad Rayon Prokurorluğunun 2-ci qərarı da ləğv edilib.
"Bu gün Şirvan Apellyasiya Məhkəməsində hakim Kamil Bəşirovun sədrliyi ilə Sabirabad Rayonu Cavad kənd sakini Zeynalova Səmayə Xalid qızının "özünü intihar etməsinə" dair cinayət işi üzrə məhkəmə nəzarəti qaydasında Sabirabad Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından verdiyimiz apellyasiya şikayətinə baxıldı", - hüquq müdafiəçisi qeyd edib. O bildirib ki, Sabirabad Rayon Məhkəməsinin qərarının ləğvi təmin edilib.
Bununla da mərhum Səmayə Zeynalovanın ölümü 3-cü dəfə araşdırılacaq.
Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib.