Modern.az

Füzulidə konfrans keçirilib - FOTOLAR

Füzulidə konfrans keçirilib - FOTOLAR

Aktual

7 Sentyabr 2023, 11:55

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib. Füzuli RİH-nin və QRTİ Füzuli rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Füzuli Dövlət Dram Teatrının binasında keçirilən tədbirdə RİH-nin rəhbərliyi, ziyalılar, təhsil işçiləri, təhsildə qazandıqları yüksək nəticələrlə fərqlənən bir qrup gənc, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

 

Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qəbul imtahanlarında yüksək bal toplayan bir qrup gənc və Vətən müharibəsi şəhidi Elçin Süleymanovun tələbə adı qazanmış həyat yoldaşı ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

 

Dövlət himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Daha sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından bəhs edən “Təhsil millətin gələcəyidir” adlı videoçarx nümayiş olundu. 

 

QRTİ Füzuli rayon təhsil sektorunun müdiri Ramella Məmmədova çıxış edərək, Füzuli rayonunda 2022/2023-cü tədris ilinin statistik göstəriciləri, yeni dərs ilinə hazırlıq vəziyyəti, buraxılış və qəbul imtahanlarının nəticələri barədə məlumat verdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin  Azərbaycan təhsilinin uğurlarının mənbəyində dayandığını vurğulayan Ramella Məmmədova tələbə adı qazanan gəncləri təbrik etdi, onlara gələcək təhsillərində uğurlar arzuladı.   

 

Daha sonra qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək tələbə adı qazanan Rəsul Şəfiyev, Mirrəsul İsmayolov, Elnazə İbişova, Vətən müharibəsi şəhidi Elçin Süleymanovun tələbə adı qazanmış həyat yoldaşı Aminə Ələkbərova, Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Dəniz Qarayeva çıxış edərək onlar üçün yaradılmış yüksək və səffaf təhsil imkanlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

 

Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkədə uğurlu təhsil siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bütün digər sahələr kimi təhsil siyasətinin də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyətini bir daha vurğulayan Alı Alıyev işğaldan azad edilmiş Füzuli şəhərində yeni tikilib istifadəyə verilmiş Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbin bu il ilk bilik gününü qeyd edəcəyini bütün Füzuli sakinləri, eləcə də təhsil ictimaiyəti üçün fəxr, qürur və sevinc mənbəyi olduğunu bildirdi. Alı Alıyev tələbə adı qazanan bütün gəncləri ürəkdən təbrik etdi və onlara uğurlar arzuladı.

 

Sonda təhsildə yüksək göstəricilərə nail olmuş bir qrup gəncə qiymətli hədiyyələr və pul mükafatları təqdim olundu. Əlavə olaraq, Alı Alıyev aztəminatlı ailələrdən olan bir qrup şagirdə məktəbli formaları hədiyyə etdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı