Modern.az

Zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanılıb - Nazir

Zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanılıb - Nazir

Aktual

7 Sentyabr 2023, 12:38

"Son illər iqlim dəyişikliyi nəticəsində daşqınlar, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

 

O deyib ki, zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir: "Sadəcə, fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanılıb və proses hər zaman davam edir".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...