Goranboyda İcra Başçısı şəhid atasını evində ziyarət etdi.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailələri və ictimai fəallarla birgə, Xan Qərvənd kəndində Şəhidlər Abidəsini ziyarət ediblər, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıblar.
Sonra, Xan Qərvənd kəndindən iki şəhid atası Musa Ağalarovu evində ziyarət edən İcra Başçısı, şəhid atasının səhhəti və ailənin sosial qayğıları ilə maraqlanıb.
İcra Başçısı rayon Məhkəməsinin sədri ilə birgə, şəhid atasının məhkəmə predmeti olan məsələsi ilə bağlı müraciətini yerində dinlədilər, məsələnin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli məqsədi ilə müzakirələr aparılıb.