Modern.az

Balakəndə külək 80-dək evin dam örtüyünü uçurub

Balakəndə külək 80-dək evin dam örtüyünü uçurub

Aktual

7 Sentyabr 2023, 13:20

Sentyabrın 7-də səhər saatlarında Balakən rayonu ərazisində baş vermiş güclü külək ciddi fəsadlar törədib.

 

Rayon fövqəladə hallar komissiyasından Modern.az-a bildirilib ki, qasırğa nəticəsində Balakən şəhəri Heydər Əliyev prospektindəki beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü uçub, R.Səmədov küçəsində yol kənarındakı ağac “Azərpoçt” MMC-nin Balakən Poçt filialının inzibati binasının üzərinə yıxılıb.

 

Bundan əlavə, M.Əsədov küçəsində bir ədəd ağac yıxılaraq sahibkarlıq obyektinə və iki minik avtomobilinə ziyan vurub. Qasırğa nəticəsində Heydər Əliyev prospekti və F.Əmirov küçələrinin hər birində bir ədəd ağac yıxılaraq yolun hərəkətini məhdudlaşdırıb.

 

Katex kəndinin Kombinat adlanan ərazisinə dolu düşərək, 60-80 evin dam örtüyünə ziyan vurub, evlərə su dolub.

 

Bundan başqa şəhər ərazisində irigövdəli ağacın aşması nəticəsində 2 avtomobilə ziyan dəyib.

 

Təbii fəlakət nəticəsində xəsarət alan yoxdur.

 

Dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı