“Cənubi Qafqazda sabitliyin bərqərar olunacağına inanıram".
Modern.az xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Ankarada keçirilən konfransda deyib.
O qeyd edib ki, bu, Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində mümkün olacaq.
"Cənubi Qafqazda sülhün təmin olunması dünyada sabitliyə töhfə verəcək. İndi fərdi şəkildə yox, kollektiv formada addım atmaq vaxtıdır", - spiker bildirib.