Modern.az

Nazir müavini Ermənistan-Rusiya münasibətlərini “malaladı”

Nazir müavini Ermənistan-Rusiya münasibətlərini “malaladı”

Aktual

7 Sentyabr 2023, 16:42

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan hesab edir ki, Ermənistan-Rusiya münasibətlərini gərgin hesab etmək olmaz.


Modern.az xəbər verir ki, Hovhannisyan jurnalistlərə müsahibəsində deyib:

"Rusiya ilə işgüzar münasibətlərimiz var. Bütün tərəfdaşlarla olduğu kimi, fikir ayrılıqları var, amma müzakirələr gedir, bunu gərginlik kimi şərh etmək olmaz. Bütün məsələlərlə bağlı Rusiya tərəfi ilə iş gedir".
 

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq planlarının olub-olmaması ilə bağlı sualı cavablandıran xarici işlər nazirinin müavini bildirib ki, indi bu məsələ onların gündəmində deyil.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı