Modern.az

Şəkidə selin fəsadları aradan qaldırılır - FOTOLAR

Şəkidə selin fəsadları aradan qaldırılır - FOTOLAR

Aktual

7 Sentyabr 2023, 17:10

Yağan güclü yağış nəticəsində yaranan sel suları Şəki rayonun Baş Göynük avtomobil yolunun 10-12-ci km-də ciddi fəsadlar törədib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, həmin avtomobil yolunun 11-ci km-də uzunluğu 169 metr olan Şinçay üzərində körpüdə və körpünün giriş-çıxışlarında leysan yağışları nəticəsində sel sularının gətirdiyi lil, palçıq, qum-çınqıl və daş-qaya parçaları çayın hövzəsindən qalxaraq körpünü, yolu basmış və avtonəqliyyatın hərəkətini çətinləşdirib.

 

Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...