Modern.az

“Azərpoçt”dan müştərilərə ÇAĞIRIŞ

“Azərpoçt”dan müştərilərə ÇAĞIRIŞ

Aktual

7 Sentyabr 2023, 17:18

Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır. Belə ki, kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” adlı saxta səhifə yaradılaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satışa çıxarıldığı bildirilir.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərpoçt” MMC məlumat yayıb.

 

“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində