Modern.az

Azərbaycan və Tunis arasında əməkdaşlıq müzakirə edildi

Azərbaycan və Tunis arasında əməkdaşlıq müzakirə edildi

Aktual

7 Sentyabr 2023, 19:32

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tunis Respublikasının bu ölkədəki səfiri Məhəmməd Kərim Jamussi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan və Tunis arasındakı əlaqələrə toxunulub. Səfirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıb və bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə ediblər.

 

Görüş zamanı Azərbaycan səfiri regionumuzda cərəyan edən son hadisələr, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə qarşı tərəfi məlumatlandırıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı