Modern.az

ABŞ Senatında Qarabağ müzakirə ediləcək

ABŞ Senatında Qarabağ müzakirə ediləcək

Aktual

8 Sentyabr 2023, 08:28

Sentyabrın 14-də Bakı vaxtı ilə saat 18:00-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyəti qiymətləndirmək üçün dinləmələr keçiriləcək. 

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Senatın saytında yer alıb.

 

Dinləmələrdə hökumət tərəfdən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono iştirak edəcək 

 

Dinləmələrin təşəbbüskarı ermənipərəst senator Robert Menendezdir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı