Modern.az

Naxçıvanda yeni nazir TƏYİN EDİLDİ

Naxçıvanda yeni nazir TƏYİN EDİLDİ

Aktual

8 Sentyabr 2023, 10:29

Naxçıvan Muxtar Respublikasında yeni rabitə və yeni texnologiyalar naziri təyin edilib.

 

Modern.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Rahid Ələkbərli bu vəzifəyə gətirilib.

 

Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı