Modern.az

Ermənistan dünyada Azərbaycana qarşı qarayaxma kampaniyası aparır

Ermənistan dünyada Azərbaycana qarşı qarayaxma kampaniyası aparır

Aktual

8 Sentyabr 2023, 18:00

“Ermənistan tərəfinin müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır”.

 

Modern.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib.

 

“Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün mövcud bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur”, - əlavə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı