Modern.az

56 yaşlı kişini öldürən gənc tutuldu

56 yaşlı kişini öldürən gənc tutuldu

Aktual

8 Sentyabr 2023, 21:50

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

 

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı