Modern.az

XİN-dən qondarma seçkiləri pisləyən ölkə və təşkilatlara TƏŞƏKKÜR

XİN-dən qondarma seçkiləri pisləyən ölkə və təşkilatlara TƏŞƏKKÜR

Aktual

10 Sentyabr 2023, 12:49

Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

"Türkiyə XİN, Moldova XİN, Ukrayna XİN, Pakistan XİN, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Xarici Fəaliyyət Xidməti, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” pisləməklə bağlı mövqeyinizi yüksək qiymətləndiririk", - Ayxan Hacızadə sosial şəbəkə hesabında qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı