Modern.az

İlham Əliyev və Ərdoğan Qarabağdakı son vəziyyəti müzakirə etdilər - YENİLƏNİB

İlham Əliyev və Ərdoğan Qarabağdakı son vəziyyəti müzakirə etdilər - YENİLƏNİB

Aktual

10 Sentyabr 2023, 15:24

Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

 

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

 

***

15:03

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Telefon danışığı zamanı prezidentlər Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın Qarabağ iqtisadi rayonundakı son vəziyyəti müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı