Modern.az

Azad olunmuş ərazilərdə daha 43 mina aşkarlandı

Azad olunmuş ərazilərdə daha 43 mina aşkarlandı

Aktual

11 Sentyabr 2023, 14:58

Azərbaycanın Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (4-10 sentyabr ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.

 

ANAMA-nın mətbuat xidmətindən Modern.az verilən məlumata görə, ötən ay ərzində Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.

 

Əməliyyatlar zamanı 31 ədəd piyada və 12 ədəd tank əleyhinə mina, 214 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

 

Ümumilkidə 5,246 ha ərazi yoxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı