Modern.az

Masallının 13 kəndinin qazı kəsildi

Masallının 13 kəndinin qazı kəsildi

Aktual

11 Sentyabr 2023, 17:53

Qaz xəttinin zədələnməsi nəticəsində 13 yaşayış məntəqəsinin qaz təchizatında fasilə yaranıb.

 

SOCAR “Azəriqaz” İB-dən Modern.az-a bildirilib ki, “Masallı 1” və “Masallı 2” ölçü qovşaqlarından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən ortatəzyiqli yeraltı qaz xəttinin (internet kabeli çəkən təşkilat tərəfindən) zədələnməsi ilə bağlı sentyabrın 11-də qaz təchizatı dayandırılıb. Masallı rayonunun 13 yaşayış (14 min abonent) məntəqəsinin qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı