Modern.az

Bu il 34 mindən çox şəxsə əlillik təyin edilib

Bu il 34 mindən çox şəxsə əlillik təyin edilib

Aktual

12 Sentyabr 2023, 11:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində 34,1 min şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, onlardan 16,8 mininə ilkin, 17,3 mininə təkrar əlillik təyinatı aparılıb.

 

Əlilliyin qiymətləndirilməsi elektron sistem vasitəsilə, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumat əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

 

Bu ilin 8 ayında Agentliyin reabilitasiya mərkəzləri tərəfindən 49,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı