Modern.az

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul keçirilib - FOTOLAR

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul keçirilib - FOTOLAR

Aktual

12 Sentyabr 2023, 14:40

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilib.

 

Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilib.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xocalı  rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə, Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul keçirildi. Qəbulda, mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələr verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı