Modern.az

Daha bir rayonun xəstəxanasına direktor təyin edildi

Daha bir rayonun xəstəxanasına direktor təyin edildi

Aktual

12 Sentyabr 2023, 16:35

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub.

 

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu bu gün kollektivə təqdim edib.

 

Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb.

 

H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb.

 

O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı