Modern.az

İçərişəhərdə ağsaqqallar arasında nərd yarışması - FOTO

İçərişəhərdə ağsaqqallar arasında nərd yarışması - FOTO

Aktual

12 Sentyabr 2023, 20:11

Sentyabrın 12-dən 17-dək İçərişəhərdə ağsaqqallar arasında “Oyunçu aparsın” adlı nərd yarışması təşkil ediləcək. Yarış ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədi ilə keçirilir.

 

Tarixi, əyləncə və sağlam mübarizəni özündə birləşdirən bu maraqlı yarışda “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, İçərişəhərin, Bakının və Bakı kəndlərinin ağsaqqalları iştirak edəcəklər.

 

Turnir “İçərişəhər” Ağsaqqallar Şurası, "Üçüncü Bahar" İctimai Birliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşəbbüsü, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi, Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir.

 

Oyunların gedişatını bizim sosial media kanallarımızdan izləyə bilərsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı