Modern.az

Azərbaycan sərhədini pozmağa cəhd edənlər TUTULDU

Azərbaycan sərhədini pozmağa cəhd edənlər TUTULDU

Aktual

13 Sentyabr 2023, 10:36

Sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

 

Qeyd edilib ki, araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

 

Həmçinin, sentyabrın 12-də saat 20:00-da “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu saxlanılıb.

 

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

DSX-dən vurğulanıb ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı