Bu gün Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın iştirakı ilə “sual-cavab sessiyası” keçiriləcək.
Modern.az-ın məlumatına görə, sual-cavab iclasında parlamentin hakim “Mülki müqavilə” fraksiyası ilə yanaşı, müxalifət qüvvələrinin “Ermənistan” fraksiyası da iştirak edəcək.
N.Paşinyanın Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyət barədə açıqlamalar verəcəyi gözlənilir.