Modern.az

İlham Əliyevin yeni təyin etdiyi rektor KİMDİR...

İlham Əliyevin yeni təyin etdiyi rektor KİMDİR...

Aktual

13 Sentyabr 2023, 16:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Digər bir qərar ilə Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

 

Modern.az yeni rektorun tərcümeyi-halını təqdim edir.

 

Rüfət Eyvaz oğlu Əzizov əslən Masallı rayonunundandır. O, 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub və oranı 2003-cü ildə bitirib. 2017-ci ildə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Kimya elmləri üzrə fəlsəfə doktorudur.

 

Rüfət Əzizov 2005/2011-ci illərdə "BP Exploration LTD" şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanıb, material-korroziya mühəndisi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb. 2014/2016-cı illərdə ADA və Maastrixt Universitetlərinin birgə MBA proqramını və 2018/2020-ci illərdə isə Oksford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi proqramını bitirib.

 

Müxtəlif illərdə IJSO, ISEF və digər beynəlxalq elm yarışmalarında münsif olaraq iştirak edib. 2005-2011-ci illərdə BP Exploration LTD-də, 2012-ci ildən isə “Unimetal” MMC-də çalışıb.

 

O, 2021-ci ildə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı