Modern.az

Azyaşlılara narkotik verilməsi görüntüləri araşdırılır

Azyaşlılara narkotik verilməsi görüntüləri araşdırılır

Aktual

13 Sentyabr 2023, 16:44

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.

 

Onun sözlərinə görə, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır: "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı