Modern.az

Ermənistan bölgədə səngərlər qazır - Türkiyə ordusundan REAKSİYA

Ermənistan bölgədə səngərlər qazır - Türkiyə ordusundan REAKSİYA

Aktual

14 Sentyabr 2023, 13:12

“Cənubi Qafqazdakı sabitlik üçün Ermənistanın Azərbaycan tərəfindən uzadılan sülh əlini tutmasını arzu edirik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk deyib.

 

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olnuması üçün səmimi səylərini davam etdirir.

 

"Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində onların yanında olmağa davam edəcəyik”, - Aktürk qeyd edib.

 

Sözçü deyib ki, Ermənistanın bölgədə təkcə atəşkəsi pozması deyil, həm də səngərlər qazması, yeni mövqelərdə istehkamlar inşa etməsi müşahidə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər