Modern.az

İstəməzdim, analar mənim kimi gözüyaşlı qalsın - Ananın fəryadı

İstəməzdim, analar mənim kimi gözüyaşlı qalsın - Ananın fəryadı

Aktual

14 Sentyabr 2023, 13:20

"İki gün bundan qabaq danışdım dedi yaxşıyam”.

 

Modern.az İTV-yə istinadən xəbər verir ki, bu sözləri ötən gün qəzada həlak olan 3 hərbçimizdən biri olan Elgün Həsənovun anası deyib.

 

“Qəzaya düşdüyü gündən bir gün öncə axşam danışdım. Mənə heç bir söz demədi. Dedi ki, şkaflar sökülüb. "Ana içəridə şkafları düzəldirəm, narahat olma, yaxşıyam. Ola bilər 2-3 gün danışmayım, iş görürəm, işimiz ağırdır”.

 

Sonra zəng vurdular ki, vəziyyəti budur. İstəməzdim, analar mənim kimi gözüyaşlı qalsın”, - hərbçinin anası bildirib.

 

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı