Modern.az

Türkiyə MN-dən Ermənistana ÇAĞIRIŞ

Türkiyə MN-dən Ermənistana ÇAĞIRIŞ

Aktual

14 Sentyabr 2023, 13:28

Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi və təlimi, erməni işğalından azad edilmiş rayonlarda mina və partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi istiqamətində dəstəyini davam etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.

 

"Qafqaz regionunun sülh şəraitində gələcəyə doğru möhkəm addımlar atacağına inanırıq. Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edir, Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün səmimi səyləri dəstəklədiyimizi bir daha bildiririk.

 

Kədərdə, sevincdə birləşdiyimiz azərbaycanlı qardaşlarımızı “iki dövlət, bir millət” anlayışı ilə onların haqlı işlərində indiyə qədər etdiyimiz kimi, bundan sonra da bütün imkanlarımızla dəstəkləyəcəyik”, -açıqlamada deyilir.

 

Qeyd edək ki, nazirlik regional sülh və sabitliyə aparan yolun hərtərəfli sülh sazişinin imzalanmasından keçdiyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı