Modern.az

Naxçıvanda magistral su xəttində qəza - FOTO

Naxçıvanda magistral su xəttində qəza - FOTO

Aktual

14 Sentyabr 2023, 14:50

Naxçıvan şəhərinin 3-cü mikrorayon ərazisində Babək küçəsində magistral su xəttində qəza baş verib.



Modern.az xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.

Qəzaya görə 3-cü mikrorayon ərazisinə suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.

Axşam saatlarında suyun verilişinin bərpa ediləcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər