Modern.az

Bakıda İƏT dövlətlərinin Baş Prokurorlarının 4-cü iclası keçirilir

Bakıda İƏT dövlətlərinin Baş Prokurorlarının 4-cü iclası keçirilir

Aktual

15 Sentyabr 2023, 14:28

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğız, Tacikistan Baş prokurorları, Türkiyə Respublikasının Ədliyyə nazirinin və Türkmənistan Respublikası Baş prokurorunun müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Əli Əlizadə iştirak edir.

 

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.

 

Qonaqları salamlayan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev təşkilatın 4-cü iclasının müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini tarixi hadisə adlandıraraq ulu öndərin İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə daim önəm verdiyini, bu gün ölkəmizlə təşkilat arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin məhz dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində olduğunu vurğulayıb.

 

Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-ü iclasının iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı