Modern.az

Uçan körpü 10 günə bərpa olunacaq - Saleh Məmmədov

Uçan körpü 10 günə bərpa olunacaq - Saleh Məmmədov

Aktual

15 Sentyabr 2023, 14:52

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz-Xudat yolunun üzərindəki körpü uçub.

 

Modern.az Baku TV-yə istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov hadisə yerinə gedib. Açıqlama verən Saleh Məmmədov körpünün qəzalı olması ilə bağlı iddiaların mümkünsüz olduğunu deyib:

 

“Təxminən 50 il əvvəl tikilən körpünün dayaqlarının bünövrəsi sıvaylar üzərində qurulmayıb. O dövrün tələblərinə uyğun tikilib. İndi isə yeni tələblərə uyğun bərpa edəcəyik”.

 

AAYDA sədri körpünün bərpasının 10 gün müddətinə yekunlaşacağını diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...