Modern.az

“Azərişıq” sədri Göygöldə vətəndaşları qəbul edib

“Azərişıq” sədri Göygöldə vətəndaşları qəbul edib

مورد توجه

15 Sentyabr 2023, 16:24

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 15-i saat 10:00-da Göygöldə Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

 

Modern.az “Azərişıq” ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

 

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı