Modern.az

Avtobusla kran toqquşdu - 34 nəfər yaralandı

Avtobusla kran toqquşdu - 34 nəfər yaralandı

Aktual

17 Sentyabr 2023, 12:09

Çinin Honkonq xüsusi inzibati ərazisində ikimərtəbəli avtobus ilə avtokranın toqquşması nəticəsində 34 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, günorta saatlarında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Bildirilir ki, avtobus yolda xarab olub qalan avtokrana çırpılıb.

 

Hadisədən sonra qəzanın baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı