Modern.az

Sel rayonlarda yollara ziyan vurdu

Sel rayonlarda yollara ziyan vurdu

Aktual

18 Sentyabr 2023, 11:10

Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər