Modern.az

Ərdoğandan ABŞ-ın ermənipərəst senatoruna mesaj - "Deyəsən məni tanımır”

Ərdoğandan ABŞ-ın ermənipərəst senatoruna mesaj -

Aktual

19 Sentyabr 2023, 10:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ermənipərəst senator Bob Menendezə cavab verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında danışıb.

 

“Bob Menendez Türkiyəni, deyəsən, heç Rəcəb Tayyib Ərdoğanı da tanımır”, - Ərdoğan qeyd edib.

 

O bildirib ki, Yunanıstan ilə Türkiyənin qədim bir dostluğu var:

 

"Menendez, deyəsən, Türkiyəyə qarşı düşmən münasibət bəsləyir və bizi onun seçdiyi konkret müzakirə arealına çəkməyə çalışır. Amma biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı