Modern.az

Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yaydı

Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yaydı

Aktual

19 Sentyabr 2023, 11:38

Sentyabrın 18-i saat 17 radələrində 1999-cu il təvəllüdlü Elməddin Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Höccət Soltanovun Masallı rayonu ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Höccət Soltanov şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı