Modern.az

Sülhməramlılarla operativ qaydada təmasdayıq - AÇIQLAMA

Sülhməramlılarla operativ qaydada təmasdayıq - AÇIQLAMA

Aktual

20 Sentyabr 2023, 10:50

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və həmin kontingentin nümayəndələrinin müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan tamamilə məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.

 

Modern.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

 

"Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır", - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı