Modern.az

Daha bir şəhid polisimizlə vida mərasimi keçirilir

Daha bir şəhid polisimizlə vida mərasimi keçirilir

Aktual

20 Sentyabr 2023, 12:22

Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol qəzası nəticəsində həlak olan polis əməkdaşlarından biri - 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlunun nəşi bu gün Şamaxı şəhərinə gətirilib.

 

Modern.az xəbər verir ki, Şamaxı şəhər Cümə məscidində böyük izdihamla cənazə namazı qılındındıqdan sonra, mərhum dəfn oluması üçün Şamaxının Qaleybuğurd kəndindəki ata yurduna aparılıb.

 

Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı