Modern.az

Sülh sazişi layihəsi ilə bağlı 70 faiz məsələ razılaşdırılıb

Sülh sazişi layihəsi ilə bağlı 70 faiz məsələ razılaşdırılıb

Aktual

20 Sentyabr 2023, 18:18

Sülh sazişi layihəsi ilə bağlı təxminən 70 faiz məsələ razılaşdırılıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

 

O qeyd edib ki, Ermənistan da öz növbəsində, Qarabağın erməni sakinləri ilə bağlı etnik azlıq məsələsini sülh sazişində əks etdirməlidir:

 

“Bu, qarşılıqlı proses olmalı idi. Əfsuslar olsun ki, törədilən hibrid müharibələr, mənfi tendensiyalar növbəti intensiv danışıqların keçirilməsinə mane oldu. Hələ də bu məsələ Azərbaycanın gündəliyindədir və Azərbaycan hələ də sülh sazişinin tərəfdarıdır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı