Modern.az

Tacikistan Prezidenti Bakıya gələcək

Tacikistan Prezidenti Bakıya gələcək

Aktual

21 Sentyabr 2023, 10:18

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin bildirib.

Nazirin sözlərinə görə, bu yaxınlarda Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) üzrə sammit keçiriləcək. Tacikistanı sammitdə dövlət başçısının rəhbərliyi ilə yüksək nümayəndə heyəti təmsil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı