Modern.az

Yevlaxdakı Qarabağ ermənilərinin 2-ci nümayəndəsi də MƏLUM OLDU

Yevlaxdakı Qarabağ ermənilərinin 2-ci nümayəndəsi də MƏLUM OLDU

Aktual

21 Sentyabr 2023, 10:58

Bu gün Azərbaycanın Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilir. 

Görüşdə Qarabağ ermənilərinin 2 nümayəndəsi iştirak edir.

Onlardan birinin - separatçıların qondarma “parlamenti”nin üzvü, “Artsax Demokratik Partiyası” fraksiyasının rəhbəri Davit Melkumyan olduğunu xəbər vermişdik.

Modern.az saytı Qarabağ ermənilərinin 2-ci nümayəndəsinin də şəxsiyyətini dəqiqləşdirib.

Məlum olub ki, Xankəndidən Yevlaxa gələn 2-ci şəxs xunta rejiminin qondarma “təhlükəsizlik şurası katibinin müavini” Sergey Martirosyandır.

Azərbaycan tərəfdən danışıqlara Milli Məclisin deputatı Ramin Məmmədov başçılıq edir.

Sentyabrın 20-də Rusiya sülhməramlı qoşunları rəhbərliyinin vasitəçiliyi ilə görüş barədə razılıq əldə olunub.
 

Azərbaycanın sentyabrın 19-da Qarabağda başladığı antiterror tədbirlərindən 23 saat 43 dəqiqə sonra – sentyabrın 20-də separatçılar təslim olduqlarını bəyan ediblər. Nəticədə Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə antiterror tədbirləri dayandırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı